Baku,
Azerbaijan
16.11.24
-
16.12.24
Working conditions
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
- Qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinin təmin edilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Korporativ nömrə (korporativ paket);
- Həftə içi 5 gün saat 09:00-18:00;
- İş yeri: Yasamal rayonu, Azad Mirzəyev 6c, Statistika komitəsinə yaxın, Green Cleaning şirkəti.
Requirements
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq, Biznesin idarə olunması sahəsi üzrə);
- Dövlət satınalmaları üzrə 1 ildən çox iş təcrübəsi;
- Yaş həddi: 25-45;
- “Dövlət satınalmaları haqqında” qanunu bilməli;
- Təmizlik sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
- Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
- Məsuliyyətlilik və hesabatlılıq;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti;
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.
Procurement
Professional services