Baku,
Azerbaijan
13.12.24
-
13.01.25
Working conditions
- Satınalmanın təşkili:Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması, tədarükü;
- Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- Satınalma sorğularına nəzarət və yoxlanılması;
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi; Qiymətlərin araşdırılması və müqaisə olunması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması, yeni təchizatçıların cəlb edilməsi;
- Təchizatçı müqavilələrinə baxılması və lazım gələrsə müvafiq dəyişiliklərin edilməsi üçün təkliflərin hazırlanması;
- Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi;
- Bütün infrastrukturlara yaxın ofis məkanı;
- Altı günlük iş rejimi.
Requirements
- Təhsil – İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali təhsil (Magistr dərəcəsinin olması üstünlükdür);
- İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində Satınalma üzrə mütəxəssis olaraq peşəkar iş təcrübəsinin olması;
- Sertifikat – Akreditasiyası olan beynəlxalq şirkətlərdən ixtisasına uyğun setifikatları olanlara və treyninqlərdə iştirak edənlərə əlavə üstünlük veriləcəkdir;
- Microsoft Office (Word, Excel, Outlook) - əla səviyyədə;
- Logo proqramını bilən namizədlərə üstünlük veriləcək;
- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - yaxşı səviyyədə;
- İşini elektron ortamda qurmaq, korporativliyə və şəffaflığa üstünlük vermək bacarığına malik olmaq;
- Hər hansı xidmət və ya material, avadanlıq və s. satınalmasını aparmazdan əvvəl layihə və İş Həcmlərin araşdırmaq bacarığına malik olmaq;
- Satınalma işini aparmaq üçün internet ortamında araşdırma aparmaq bacarığına malik olmaq;
- Tədarükçülər tərəfindən təklif olunan hər hansı xidmət və ya material, avadanlıq və s. orjinallıq, keyfiyyət, təhlükəsizlik və s göstəricilər əks etdirən sənədlərini yoxlamaq və bu sənədlərin düzgünlüyünü müəyyən etmək bacarığına malik olmaq;
- Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini tövsiyə məktubları ilə birgə elektron poçt ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Procurement
Professional services