Shirvan,
Azerbaijan
23.07.24
-
22.08.24
Working conditions
- İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək;
- Vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
- Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
- ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
- Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
- Tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- Əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrinin hesablanması cədvəllərini işləmək aidiyyəti üzrə təqdim etmək;
- Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
- Rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;
- Əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
- Ehtiyac olduqda işçilərin attestasiyasının nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;
- Bölmədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
- Daxili sənədlərin layihəsini hazırlamaq, aidiyyəti üzrə rəhbərliyə təqdim etmək, onların tətbiqinə nəzarət etmək və zərurət üzrə təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
- Fəaliyyət istiqamətləri üzrə və birbaşa və funksional rəhbərlərinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
- Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək.
Requirements
- Təhsil: Ali (İstənilən sahə üzrə);
- Təcrübə: Sahə üzrə 1 il;
- Dil bilikləri: İngilis və ya rus;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Elektron informasiya sistemindən istifadə qaydaları.
Human resources
Professional services
This job has expired