Azərbaycan Dəmir Yolları

İnsan Resursları üzrə mütəxəssis

По соглашению 673
Полн. занятость
Ширван, Азербайджан
23.07.24 - 22.08.24

O работе

  • İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək;
  • Vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
  • Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
  • ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
  • Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
  • Tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrinin hesablanması cədvəllərini işləmək aidiyyəti üzrə təqdim etmək;
  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
  • Rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;
  • Əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
  • Ehtiyac olduqda işçilərin attestasiyasının nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;
  • Bölmədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
  • Daxili sənədlərin layihəsini hazırlamaq, aidiyyəti üzrə rəhbərliyə təqdim etmək, onların tətbiqinə nəzarət etmək və zərurət üzrə təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə və birbaşa və funksional rəhbərlərinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
  • Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək.

Требования

  • Təhsil: Ali (İstənilən sahə üzrə);
  • Təcrübə: Sahə üzrə 1 il;
  • Dil bilikləri: İngilis və ya rus;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Elektron informasiya sistemindən istifadə qaydaları.


Срок действия задания истек

Похожие вакансии