SOCAR

Böyük mühəndis

By agreement 143
Full-time
Baku, Azerbaijan
28.11.24 - 28.12.24

Working conditions

  • Keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və daxili standartlara uyğun prosedur, qayda, təlimat və iş axınlarının sərbəst hazırlanması, yenilənməsi, müvafiq auditlərin təşkili, aparılması və uyğunsuzluqların izlənməsi;
  • Təchizatçı və podratçıların pre-kvalifikasiya prosesləri çərçivəsində keyfiyyət meyarları üzrə qiymətləndirilməsi;
  • Mal-materialların keyfiyyət tələblərinə, müqavilə şərtlərinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • SOCAR aktivlərində podratçı fəaliyyətlərinin təkmilləşdirilməsi üçün auditlərin keçirilməsi;
  • Biznes əməliyyatlarında keyfiyyət sisteminin təkmilləşdirilməsi təkliflərini hazırlamaq;
  • Keyfiyyət üzrə məsul şəxslərin keyfiyyət sisteminin tələblərinə uyğun səriştəliliyini qiymətləndirmək və təhlil etmək;
  • SOCAR-ın keyfiyyətin idarə edilməsi sisteminin və beynəlxalq standartların tələbləri haqqında seminarların təşkilində iştirak etmək;
  • Daxili sənəd dövriyyəsi sisteminə uyğun sənədlərin hazırlanması və koordinasiyası;
  • Departamentin və Şöbənin vəzifə və funksiyalarına uyğun olaraq SOCAR-ı təmsil etmək.

Requirements

  • Mühəndislik və ya Menecment üzrə bakalavr dərəcəsi;
  • Keyfiyyətə əminlik və Keyfiyətə nəzarət üzrə 5 il iş stajı;
  • Neft-qaz sənayesində keyfiyyətə əminlik və nəzarət üzrə 3 il iş stajı;
  • Beynəlxalq standartlar üzrə I və II tərəf Audit təcrübəsi;
  • ISO 9001 standartı üzrə Beynəlxalq tanınmaya malik olan aparıcı auditor sertifikatı;
  • ISO/IEC 17025 standartı barədə məlumatlılıq və audit təcrübəsi;
  • Standartlaşdırma, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələri üzrə bilik və təcrübə;
  • Keyfiyyətin idarə edilməsi sistemi ilə bağlı əsas yanaşma, termin, məqsəd və prinsiplər haqqında biliklər;
  • Neft və qaz sənayesi, avadanlıqları və sənaye standartları haqqında biliklər;
  • Təqdimat hazırlama və təqdimetmə bacarığı;
  • Komandada işləmə və verbal ünsiyyət bacarıqları;
  • Analitik düşüncə, araşdırma və təhlil bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmə;
  • İngilis dili üzrə B1 səviyyəsi;
  • Mühəndislik və ya MBA üzrə Magistr təhsili;
  • ISO 14001 standartlı üzrə Beynəlxalq tanınmaya malik olan aparıcı auditor sertifikatı;
  • Beynəlxalq standartlar üzrə III tərəf audit təcrübəsi;
  • ISO/IEC 17020 və ISO/IEC 17025  standartının tətbiqi üzrə təcrübə;
  • API Spec Q1 və ya API Spec Q2 spesifkasiyaları üzrə “practitioner” sertifikatı;
  • ASQ Sertifikatlı Keyfiyyət Mühəndisi (CQE) və ya digər uyğun sertifikatlar;
  • İngilis dili üzrə beynəlxalq sertifikat (IELTS və s.);
  • Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Keyfiyyətə əminlik şöbəsində Böyük mühəndis” başlığı ilə elektron poçtuna göndərmələri xahiş olunur.