Baku,
Azerbaijan
07.01.25
-
31.01.25
Working conditions
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Müəssisə hüdudları və sahələri çərçivəsində istifadəyə yararlılığından, müvafiq sənaye standartlarına və şirkətin işlərin yerinə yetirilməsinə icazə proseduralarına əməl olunduğundan əmin olmaq üçün bütün qapalı sahə işlərini yoxlamaq;
- Qapalı sahənin və xilasetmə ləvazimatlarının vəziyyətini yoxlamaq və qiymətləndirmək və zədələnmiş, qüsurlu və standartlara uyğun olmayan materialları istismardan çıxarmaq;
- Avadanlıqların kalibrasiyaya göndərilməsinin təmin edilməsinə nəzarət etmək;
- İşçilərin qapalı sahəyə giriş üçün müvafiq şəkildə təlimatlandırılmış və təlim keçmiş olmasından əmin olmaq;
- İşin planlaşdıırlmış, təşkil olunmuş və hər zaman nəzarətdə saxlandığından əmin olmaq;
- SDM-in sağlamlıq və təhlükəsizlik tələblərinə cavab vermək üçün istehsal prosesinin pozulması hallarında layihələndirmə və qurğulara giriş baxımından xüsusi avadanlıqların uyğunluğu ilə bağlı məsləhətlər vermək;
- Qapalı sahə işləri ilə bağlı texniki məsləhətlər vermək və yüksək səviyyəli bacarıqlar tələb edən işlərdə iştirak etmək;
- Qapalı sahə və xilasetmə işləri üçün bütün avadanlıqların yoxlanmış olmasından əmin olmaq.
- Müxtəlif sahələrdə gündəlik qapalı sahə işlərinin tələb üzrə təşkilinə nəzarət etmək;
- Qapalı sahə işləri üçün materialların işarələnmiş olmasını, düzgün şəraitdə saxlanmasını və təhlükəsiz istifadəsini təmin etmək;
- SƏTƏMM qaydaları barədə məlumatlılığı təmin etmək və qapalı sahə işçiləri tərəfindən SƏTƏMM qaydalarına və nizamnamələrinə əməl olunmasından əmin olmaq;
- Qapalı sahəyə giriş icazəsinin hazırlanmasına nəzarət etmək;
- İstifadə üçün ilkin müdaxilədən öncə qapalı sahəni yekun yoxlamaq;
- Qapalı sahə işləri üzrə sahədə gündəlik yoxlamalar aparmaq;
- Təcridedici tənəffüs aparatlarını, kompressorlar, yarım/tam üz maskaları və digər qapalı sahə avadanlıqlarına nəzarət etmək və onları yoxlamaq;
- Digər səlahiyyətli şəxslər, qaz analizlərini keçirən şəxslər, işin yerinə yetirilməsinə icazəni verən şəxslərə və s. təlim keçilməsinə nəzarət etmək;
- Qapalı sahə işlərinin görüləcəyi sahənin təhlükəsiz olmasını yoxlamaq;
- Qapalı sahə risklərini minimuma endirəcək hər hansı ehtiyyat tədbirlərini görmək;
- Fövqəladə hallar üçün təxliyə və xilasetmə planlarını yoxlamaq.
Requirements
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi ixtisası üzrə üstünlüdür);
- Müvafiq sahə üzrə ən azı 3-5 il müvafiq iş təcrübəsi;
- Sağlamlıq və təhlükəsizlik sahəsində müvafiq peşəkar sertifikatlara malik olmalıdır, ən azı NEBOSH Beynəlxalq Ümumi Sertifikatı, IOSH Təhlükəsizliyi İdarəetmə;
- Müvafiq qurumlar tərəfindən akreditə olunmuş qaz sınaqlarının aparılması üzrə səlahiyyətli şəxs sertifikatı (AGT 1);
- Audit/inspeksiya üsulları və proseduraları barədə biliklər;
- Qapalı sahə işləri üzrə Fövqəladə hallarda cavab tədbirləri Planlarını hazırlamaq qabiliyyəti;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
Engineering
Oil and gas