SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Layihə xərclərinin hesablanması üzrə aparıcı mütəxəssis

By agreement 2427
Full-time
Baku, Azerbaijan
08.01.25 - 31.01.25

Working conditions

  • Mühəndislik, satınalma, tikinti və istismara vermənin bütün aspektləri daxil olmaqla, neft emalı və neft-kimya layihələri üçün təfərrüatlı xərclər smetasını hazırlamaq;
  • Şirkət daxili prosedur və qaydalara müvafiq layihələrin smetasının hesablanması;
  • Smetaları hazırlamaq üçün uyğun MS Excel proqram təminatında səlist çalışmaq;
  • Podratçılar tərəfindən təqdim edilmiş xərc smetalarının təhlili və müvafiq qruplarla birgə araşdırmaq; Bütün hesablamaların əmək tarifləri, material xərcləri və bazar tendensiyaları da daxil olmaqla mövcud olan ən cari və müvafiq məlumatlara əsaslanmaq;
  • İri həcimli layihələr üçün xərclər smetasının hesablanması planını yaradmaq;
  • Layihənin əhatə dairəsi və sənədləri;
  • Layihənin işlər həcmini və tələblərini başa düşmək üçün layihə spesifikasiyalarını, çertyojları və digər texniki sənədləri nəzərdən keçirmək və şərhləndirmək;
  • Bütün texniki aspektlərin xərclər smetasında nəzərə alınmasını təmin etmək üçün mühəndislər, layihə rəhbərləri və digər bölmələr ilə sıx əməkdaşlıq;
  • Hər bir qiymətləndirmə ilə bağlı əlaqəli qruplarla birlikdə çalışaraq yekun nəticələri razılaşdırmaq;
  • İri həcimli layihələr üçün xərclər smetasının qiymətləndirilməsinin əsaslarını (fərziyyələri, metodologiyaları və risk faktorlarını) planlaşdırmaq və sənədləşdirmək;
  • Risklərin təhlili və fövqəladə halların planlaşdırılması;
  • Qiymətləndirmə üçün gözlənilməz halların (contingency) düzgün səviyyəsini müəyyən etmək üçün davam edən və tamamlanmış layihələrin məlumatlarından, o ümlədən qəbul edilmiş standard, norma və metodlardan istifadə etmək;
  • Layihənin icrası ilə bağlı potensial xərc risklərini və qeyri-müəyyənlikləri müəyyən etmək və qiymətləndirmək;
  • Risklərin qiymətləndirilməsini smetada nəzərə almaq və tövsiyələr vermək;
  • Layihənin əhatə dairəsi və ya bazar şəraitindəki dəyişiklikləri əks etdirmək üçün xərclər smetasını yeniləmək;
  • Əməkdaşlıq və koordinasiya;
  • Qiymətləndirmə mərhələsində davamlılıq və ardıcıllıq yaratmaq və xərc smetaları ilə layihə büdcələri arasında uyğunluğu təmin etmək üçün layihənin idarə edilməsi, mühəndislik, planlama, satınalma, tikinti, investisiya və digər müvafiq qruplar ilə sıx əməkdaşlıq;
  • Materiallar, avadanlıqlar və xidmətlər üçün dəqiq qiymət məlumatlarını əldə etmək üçün satınalma qrupları ilə koordinasiya;
  • Layihə təklifləri, müqavilələr və danışıqlar zamanı xərclərin hesablanmasına dəstək vermək;
  • Hesabat və kommunikasiya;
  • Layihə xərclərinin hesablanması üzrə rəhbərliyə, o cümlədən müvafiq tərəflərə və qruplara xərclərin hesablanması hesabatlarını, xülasələrini və təhlillərini hazırlamaq və təqdim etmək;
  • Xərclər smetasının və əlaqəli risklərin şəffaflığını və başa düşülməsini təmin etmək üçün təşkilatın bütün səviyyələri ilə səmərəli ünsiyyət qurmaq;
  • Peşəkar təxminləri yerinə yetirmək üçün qiymətləndirmədə istifadə ediləcək verilənlər bazasının hazırlanması və mütəmadi yenilənməsinin təmin etmək;
  • Davamlı təkmilləşdirmə;
  • Neft emalı və neft-kimya sektorlarında xərclərin qiymətləndirilməsi ilə bağlı ən yaxşı sənaye təcrübələri, yeni texnologiyalar və bazar tendensiyaları təqib etmək və komanda daxilində paylaşmaq;
  • Qiymətləndirmələrin dəqiqliyini və düzgünlüyünü artırmaq üçün müqayisəli təhlilin davamlı şəkildə tətbiqi;
  • Xərclərin qiymətləndirilməsi proseslərinin, alətlərinin və metodologiyalarının təkmilləşdirilməsi imkanlarını təklif etmək;
  • Dəyişikliklərin smeta hesabatlarında əks edilməsini təmin etmək.

Requirements

  • Mühəndislik, tikinti menecmenti, maliyyə, texniki elmlər və ya əlaqəli sahədə bakalavr dərəcəsi. Magistr dərəcəsi üstünlükdür;
  • Sənaye sahələrində xərclərin qiymətləndirilməsi üzrə minimum 5 il və ya tikinti sektorunda ən azı 10 il iş təcrübəsi;
  • Pre-FEED, FEED və EPC layihələrində xərclərin qiymətləndirilməsi üzrə təcrübə;
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Layihələrin qiymətləndirilməsi üzrə AACE bilikləri arzuolunandır;
  • Sənayedə tikinti və təmir prosesləri, avadanlıqları və materialları haqqında anlayış;
  • Texniki təsvirləri, spesifikasiyaları və layihə sənədlərini şərh etmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Hesabatların vaxtında və dürüst təqdim olunması bacarığı;
  • Müqavilə idarəetməsi, satınalma prosesləri və layihənin idarə edilməsi prinsipləri haqqında biliklər.