Bakı,
Azərbaycan
28.11.24
-
28.12.24
İş haqqında məlumat
- Keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və daxili standartlara uyğun prosedur, qayda, təlimat və iş axınlarının sərbəst hazırlanması, yenilənməsi, müvafiq auditlərin təşkili, aparılması və uyğunsuzluqların izlənməsi;
- Təchizatçı və podratçıların pre-kvalifikasiya prosesləri çərçivəsində keyfiyyət meyarları üzrə qiymətləndirilməsi;
- Mal-materialların keyfiyyət tələblərinə, müqavilə şərtlərinin tələblərinə uyğunluğunun yoxlanılması;
- SOCAR aktivlərində podratçı fəaliyyətlərinin təkmilləşdirilməsi üçün auditlərin keçirilməsi;
- Biznes əməliyyatlarında keyfiyyət sisteminin təkmilləşdirilməsi təkliflərini hazırlamaq;
- Keyfiyyət üzrə məsul şəxslərin keyfiyyət sisteminin tələblərinə uyğun səriştəliliyini qiymətləndirmək və təhlil etmək;
- SOCAR-ın keyfiyyətin idarə edilməsi sisteminin və beynəlxalq standartların tələbləri haqqında seminarların təşkilində iştirak etmək;
- Daxili sənəd dövriyyəsi sisteminə uyğun sənədlərin hazırlanması və koordinasiyası;
- Departamentin və Şöbənin vəzifə və funksiyalarına uyğun olaraq SOCAR-ı təmsil etmək.
Tələblər
- Mühəndislik və ya Menecment üzrə bakalavr dərəcəsi;
- Keyfiyyətə əminlik və Keyfiyətə nəzarət üzrə 5 il iş stajı;
- Neft-qaz sənayesində keyfiyyətə əminlik və nəzarət üzrə 3 il iş stajı;
- Beynəlxalq standartlar üzrə I və II tərəf Audit təcrübəsi;
- ISO 9001 standartı üzrə Beynəlxalq tanınmaya malik olan aparıcı auditor sertifikatı;
- ISO/IEC 17025 standartı barədə məlumatlılıq və audit təcrübəsi;
- Standartlaşdırma, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələri üzrə bilik və təcrübə;
- Keyfiyyətin idarə edilməsi sistemi ilə bağlı əsas yanaşma, termin, məqsəd və prinsiplər haqqında biliklər;
- Neft və qaz sənayesi, avadanlıqları və sənaye standartları haqqında biliklər;
- Təqdimat hazırlama və təqdimetmə bacarığı;
- Komandada işləmə və verbal ünsiyyət bacarıqları;
- Analitik düşüncə, araşdırma və təhlil bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmə;
- İngilis dili üzrə B1 səviyyəsi;
- Mühəndislik və ya MBA üzrə Magistr təhsili;
- ISO 14001 standartlı üzrə Beynəlxalq tanınmaya malik olan aparıcı auditor sertifikatı;
- Beynəlxalq standartlar üzrə III tərəf audit təcrübəsi;
- ISO/IEC 17020 və ISO/IEC 17025 standartının tətbiqi üzrə təcrübə;
- API Spec Q1 və ya API Spec Q2 spesifkasiyaları üzrə “practitioner” sertifikatı;
- ASQ Sertifikatlı Keyfiyyət Mühəndisi (CQE) və ya digər uyğun sertifikatlar;
- İngilis dili üzrə beynəlxalq sertifikat (IELTS və s.);
- Vakansiyaya maraq göstərən namizədlərdən CV’lərini “Keyfiyyətə əminlik şöbəsində Böyük mühəndis” başlığı ilə elektron poçtuna göndərmələri xahiş olunur.
Mühəndislik
Neft və qaz