Nə Oxudum? Nə oldum?
Peşəkar iş həyatınızda birlikdə çalışdığınız həmkarlarınızı düşünün...
Onlar hansı universiteti və fakültəni bitiriblər? İxtisasları nədir? Peşələri nədir? İndi nə edirlər?
Öz peşəkar həyatımdan bəzi nümunələr vermək istərdim:
İlk menecerim riyaziyyat mühəndisi idi, lakin işlədiyim müəssisədə marketinq meneceri kimi uğurla fəaliyyət göstərirdi.
Eyni müəssisədə ictimai əlaqələri həyata keçirən dostumuz neft mühəndisi olub və qurduğu əlaqələrlə həyatımızı asanlaşdırırdı.
Daha sonra işlədiyim proqram təminatı şirkətində ən yaxşı developerlərdən biri sosiologiya məzunu, digəri iqtisadçı idi. Developer vəzifəsi üçün tanış olmayan ixtisaslar olsa da və universitetdə hazırkı işlərindən fərqli sahə üzrə dərs alsalar da, istedadları onları müəssisənin zirvəsinə qaldırırdı.
- Bu nümunələrdən də göründüyü kimi, fərdin üstünlük verdiyi universitet və məzun olduğu fakültə ilə peşəkar həyatındakı uğur arasında birbaşa əlaqə yoxdur. Universitet diplomu iş imkanları təmin edə bilər, lakin müvəffəqiyyətə zəmanət verə bilməz.
İnsan resursları, işəgötürənlər, sahibkarlar artıq bilirlər ki, özünü dərk etməyən, ətrafından və yeniliklərdən xəbərsiz, özünüidarəetmə bacarıqlarını inkişaf etdirməyən və münasibətləri peşəkarcasına idarə edə bilməyən insanlar nəzəri cəhətdən nə qədər güclü olsalar da, istedad sayılmırlar. Bu qeyd olunan bacarıqların universitetlərdə yetərincə öyrədilib öyrədilməməsi belə sual altındadır.
Nəticə etibarı ilə insanların maraq və qabiliyyətlərindən fərqlənən bir ixtisasda ali təhsil alması əslində necə də vaxt itkisidir...
İşə güclü tərəflərinizi, maraqlarınızı və peşəkar meyllərinizi ölçməklə, potensialınızı kəşf etməklə və ən xoşbəxt, uğurlu olacağınız karyera yolunu cızmaqla başlaya bilərsiniz.