Danışan bloq

Bir insana şans verin

 

 

Dünən Bakıda günəşi bizdən gizlədən buludlu bir payız günü idi. Bu boz və soyuq günə sənədli film yaraşardı. Heç şübhəsiz, real hadisələrə əsaslanaraq bir insan həyatının müsbət yöndə dəyişdiyindən bəhs edən bu film qəlbimizi isidəcəkdi. Sənədli filmin adı gizli milyonçu Mayk Qrindir. 

 

Film, İngiltərənin kiçik və problemli bir şəhərciyində böyüyən olduqca kasıb bir oğlanın həyatının 7 yaşında qəzet çatdıran şirkət tərəfindən şans verilməsi ilə necə çiçək açmasından bəhs edir. Sizə də təəccüblü olmaz ki,  yeddi illik ömründə özünə və ailəsinə baxmaq üçün hər addımda çətinlik çəkən Mayk inamsız və ümidsiz biri olur. Lakin onun özünə olan inamsızlığına baxmayaraq, ona iş verən müdirin dəstəyiylə bu balaca oğlan özünə olan münasibətini dəyişir, daha inamlı və əmin yetişir. Mayk 38 yaşında  artıq milyonçu olur. O, 46 yaşında doğma şəhərinə qayıdır və vaxtilə ona verilən əvəzedilməz imkanı başqa uşaqlara da vermək üçün hərəkətə keçir.

 

Kimlərə, nə üçün şans verək?

Bəzən kifayət qədər səriştələri olmayan, lakin potensialı olduğunu düşündüyümüz insanlara şans verməliyik.

Bəzən uşaqların parlayan gözlərinə baxıb məhz onların yaxşı gələcəkləri üçün səyimizin olmasını istəyəndə  şans tanıyaq.

Həyatlarındakı çətinlikləri mənəvi və maddi fürsətə çevimələri üçün şans tanımalıyıq.

 

Bir insana şans tanıyanda bunun nəticəsi pis ola bilər mi?

Əlbəttə! Ancaq normal işə qəbul proseslərində də belə hal ilə rastlaşa bilərsiniz. Bir çox zəka, şəxsiyyət testindən keçərək işə götürdüyümüz insanların bizi xəyal qırıqlığına saldığı hallar da yaşanıb. Odur ki, heç özümüzü aldatmayaq. 

Bu şəxsləri müqavilə çərçivəsində 1 il, hətta daha az müddətə işlə təmin edə bilərsiniz. Bu müddətin sonunda uğur qazanan  işçilərə uzunmüddətli iş təklifi edə bilərsiniz.

Qısacası əzizlərim,  insanlara ilk öncə iş deyil, şans verməyiniz daha doğru olardı. 

 

 

 

 

Əlaqədar məqalələr

Sınaq müddəti nədir və necə işləyir?
Müsahibə prosesində "ağ yalanlar"
Geri dönüş hər kəsin haqqıdır
İşsiz qalan “işçilər”