Bakı,
Azərbaycan
21.10.24
-
21.11.24
İş haqqında məlumat
Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir.
- Hidrovlik şlanqların bərpası və hidrovlik şlanqların yenilərinin istehsalı ilə bağlı şlanq-press aparatını işlədir;
- Dəzgahların, avadanlıqların saxlanma qaydalarını bilməli, onların tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi;
- Dəzgahların, avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli;
- İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
- Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
- İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
- İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq;
- İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
- İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
- Bütün daxili prosedur,təlimat və qaydalara riayət etmək;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi;
- Ünvan-Abşeron ray. Fatmayi kəndi.
Tələblər
- Sahə üzrə texniki biliklər;
- Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydaları;
- Detalların dəzgahda qurulma və yoxlanma üsulları;
- Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri;
- Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsipi.
- Kollec və ya peşə təhsili;
- Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi.
Digər
Tikinti və təmir