Norm ASC

İstehsalat və keyfiyyət üzrə baş texnoloq

Ə/h razılaşma ilə 18
Tam iş günü
Bakı, Azərbaycan
17.10.24 - 17.11.24

İş haqqında məlumat

  • Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq;
  • İstehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək;
  • Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək;
  • İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək;
  • Məhsulun standartlar daxilində istehsal edilməsinə nəzarət edilməsi;
  • Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması;
  • İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
  • Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək;
  • Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi;
  • İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və istehsal hesabatlarının hazırlanması;
  • Test üsullarının müvafiq standartlara uyğunluğunu yoxlamaq;
  • Aparılan yoxlamaların və sınaqların dəqiq nəticələrinin saxlanılması;
  • Təchizatçılardan alınan məhsulların sınaqdan keçirilməsi və təchizatçıların fəaliyyətinin qeydlərinin aparılması;
  • Uyğunsuzluqları və səhvləri müəyyən etmək və səbəbləri araşdırmaq;
  • Keyfiyyətə nəzarət sistemlərinin qurulması və idarə edilməsi;
  • Xammal və hazır məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olmaq üçün sınaqdan keçirilməsi və təhlil edilməsi;
  • Məhsulun keyfiyyətini təmin etmək üçün sınaq və təhlil protokollarının işlənib hazırlanmasında iştirak etmək;
  • Keyfiyyətdən sapmaların səbəblərini müəyyənləşdirilməsi və düzəldici tədbirlər təklif edilməsi;
  • Məhsulun izlənməsini və uyğunsuzluq hallarının idarə olunmasını təmin etmək;
  • Keyfiyyətə nəzarət üçün lazım olan avadanlıqlara qulluq edilməsi;
  • Keyfiyyətə nəzarət avadanlıqlarının kalibrlənməsini təmin etmək;
  • Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək;
  • İstehsalın bütün mərhələlərində yoxlamaların aparılması;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək;
  • Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
  • Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək;
  • Keyfiyyət, kommersiya, satınalma və s. məsələlərlə bağlı NORM Rəhbərliyinə hesabat vermək.

Tələblər

  • Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) Təhsili;
  • Cəmi 5 ildən artıq iş təcrübəsi, əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi olmalı;
  • Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması;
  • İngilis dilini orta səviyyədə bilmək;
  • MS Office proqramlarında işləmək.


Oxşar vakansiyalar