Sumqayıt,
Azərbaycan
14.10.24
-
14.11.24
İş haqqında məlumat
- Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat Şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın boyama işləri yerinə yetiriləcək;
- Qartal Tikinti Firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal; konstruksiyaların qumla təmizləmə və boyama işlərini yerinə yetirəcəkdir;
- İş saatı 08:00-18:00-dək;
- İstirahət günü - Bazar günləri;
- Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir;
- İş yerinə və geriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir;
- İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir;
- İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat Şirkəti, Qartal Tikinti Firmasının metal konstruksiya sexi.
Tələblər
- Müasir rəngləmə aparatları ilə işləməyi bacarmalıdır. O cümlədən Boyanı çiləmək üçün qurğu – 3000PSİ (207 bar, 20.7 Mpa) ABŞ istehsalı; GX Elektriklә işlәyәn havasız boya çilәyici, Model GX 21 ABŞ istehsalı;
- Boyama işlərinin mərhələli şəkildə- astar boyasını, ara qat boyanı və son qat boyanın rəngləmə proseduruna uyğun yerinə yetirməli.Rəngləmə işləri üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
- İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və Fərdi Mühafizə Vasitələrindən istifadə etməyi bacarmalı, Boyama Proseduru və Riski Dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir;
- Boyama işlərini yerinə yetirərkən boya istehsalçısının tələbinə uyğun yerinə yetirməli, Boyama Prosedurunun tələblərinə uyğun işini qurmalı, boyanın tipinə uyğun astar, aralıq və son qatının qalınlığını, məsələn İnternational boya üçün (800 mikron) astar qatı 40 mikron, ara qatı 740 mikron, son qat 65 mikron rəngləməyi bacarmaldır;
- İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli;
- Qurğularda rəngləmə texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli;
- Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir;
Digər
Tikinti və təmir