AZPROM

Tornaçı

800 - 1000 ₼ 38
Full-time
Baku, Azerbaijan
21.10.24 - 21.11.24

Working conditions

Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir.

  • Hidrovlik şlanqların bərpası və hidrovlik şlanqların yenilərinin istehsalı ilə bağlı şlanq-press aparatını işlədir;
  • Dəzgahların, avadanlıqların saxlanma qaydalarını  bilməli, onların tam  təhlükəsiz  istismarı  üçün  lazımı  tədbirlərin  görülməsi;
  • Dəzgahların, avadanlıqların  daim  saz  və  təhlükəsiz  saxlanması  üçün  lazımi yoxlama, nizamlama  və  qabaqlayıcı  tədbirlərin  həyata  keçirilməsi;
  • Fərdi  mühafizə  vasitələrindən  istifadə  qaydalarını  bilməli;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; 
  • Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq; 
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq;
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur,təlimat və  qaydalara riayət etmək;
  • Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətinə uyğun digər işlərin həyata keçirilməsi;
  • Ünvan-Abşeron ray. Fatmayi kəndi.

Requirements

  • Sahə üzrə texniki biliklər;
  • Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydaları;
  • Detalların dəzgahda qurulma və yoxlanma üsulları;
  • Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri;
  • Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsipi.
  • Kollec və ya peşə təhsili;
  • Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi.


Related vacancies