Bakı,
Azərbaycan
08.02.24
-
09.03.24
İş haqqında məlumat
- Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun normativ sənədlərin, smetaların hazırlanması və ya dəyişiklik zamanı onlara düzəlişlərin edilməsi;
- Tikinti quraşdırma, Rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, inventar ,maşın-mexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədlərini hazırlamaq;
- Layihələr üzrə smeta sənədlərinin uçotunun aparılması və smeta maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Layihələrdə iş həcmlərinin və materialların miqdarının hesablanması; bazar qiymətlərinə uyğunluğunun yoxlanılması;
- Hazırlanmış smetaya uyğun olaraq iş həcimlərinə nəzarətin həyata keçirilməsi və forma 2 lərin tərtib edilməsi;
- Digər şöbələrin iştirakı ilə tikinti obyektlərinin plan-hesablama qiymətlərinin tərtib olunması, habelə tikintinin iqtisadi göstəricilərinin müəyyənləşdirilməsi işlərini təşkil edir;
- Yeni texnika və texnologiyanın, əməyin elmi təşkilinin, səmərələşdirici təkliflərin effektliyinin hesablanmasında iştirak edir;
- Sifarişçi, subpodrat və ya mal göndərən təşkilatlar tərəfindən müqavilə öhdəlikləri pozulduğu hallarda, peniya və cərimələrin tutulmasına dair iddia işini təşkil edir və forma 2 lərdə tətbiq edir;
- İnşa edilən obyektlərin maliyyələşdirilməsinin rəsmiləşdirilməsində iştirak edir;
- Qiymətlərin dəyişilməsi ilə əlaqədar olaraq smeta sənədlərində müvafiq əlavə və dəyişikliklər edir;
- Xərclərin smetaya uyğun maddələr üzrə işlənilməsi;
- Smetada nəzərdə tutulmuş material növlərinin dəyişdirilməsinin smetaya təsirlərinin hesablanması və uyğun dəyişikliklərin edilməsi.
Tələblər
- Yaş: 28-40;
- Təhsil: Ali təhsil (Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə);
- Təcrübə: İnşaat sahəsində iş təcrübəsi 3 ildən az olmamaq şərtilə;
- Dil bilikləri: Azərbaycan, Rus dili biliyi (arzuolunandır);
- Kompüter bacarıqları: MS Word, MS Excel, MS Project, AutoCad, 1C Mühasibatlıq /UPP;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Mühəndis iqtisadiyyatı və idarəetmə;
- Eskiz və işçi layihəni oxuma bacarığı;
- Tikinti materiallarının növləri və xüsusiyyətlərini;
- Tikinti texnologiyasını;
- Tikinti norma və qaydalarını, material sərfi normalarını;
- Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərin həcmlərinin təhlili və hesablanmasını;
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir