Puva Construction

Xəritə mühəndisi

Ə/h razılaşma ilə 128
Tam iş günü
Sumqayıt, Azərbaycan
15.10.24 - 15.11.24

İş haqqında məlumat

  • Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
  • Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • İş yeri: Sumqayıt şəh;
  • İş qrafiki: I -V günlər;
  • İş saatı: 09:00-dan 18:00-a;
  • Koorporativ nömrə ilə təmin olunur.

Tələblər

  • Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə (su,kanalizasiya və yol tikintisi) minimum 5 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: ArcGIS ,QGis, Erdas, Autocad, MS Office.


Oxşar vakansiyalar