Bakı,
Azərbaycan
16.10.24
-
16.11.24
İş haqqında məlumat
- Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
- Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
- Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
- Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət
- Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
- Keyfiyyətə və keyfiyyətin idarəedilməsi planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Sənədlərin müəssisəyə daxil olan məhsul, material və avadanlıqlara, qüvvədə olan dövlət və beynəlxalq standartlara uyğunluğuna nəzarət etmək;
- Keyfiyyətə dair müvafiq sənədləri podratçı, təchizatçı və digər aidiyyatı şəxslərə təqdim edib keyfiyyətin riayət edilməsinə nəzarət edir;
- Tikinti sahəsində görülən inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarəti həyata keçimək;
- Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
- İş yeri: Abşeron.
Tələblər
- Ali təhsil;
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- İşə planlı yanaşma, vaxtıidarəetmə bacarıqları.
Mühəndislik
Tikinti və təmir
Elanın müddəti bitmişdir