Bakı,
Azərbaycan
29.10.24
-
29.11.24
İş haqqında məlumat
- Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşmək;
- Nəzarət cədvəlləri və ya digər sənədlərə əsasən, xammalda olan uyğunsuzluqları, o cümlədən çirklənməni və rəngin dəyişməsini müəyyən etmək;
- Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırmaq;
- Təhlükəsizlik ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək;
- Mühafizə vasitələrinin düzgün quraşdırılması və istismarını yoxlamaq;
- Avadanlığı işə salmazdan əvvəl yoxlamalar aparmaq;
- Texnoloji təlimata uyğun olaraq istimar prosesində texniki xidmət ilə əlaqədar proqram nəzarətini həyata keçirmək;
- İstismardan əvvəl maşın və mexanizmlərin işçi parametrlərini, onların qoruyucu vasitələrinin sazlığını yoxlamaq;
- Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirmək;
- Yükləmə qurğusunun naqil və kabel örtüklərinə nəzarət etmək;
- Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etmək:
- Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etmək;
- Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etmək;
- Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək;
- Təzyiq və temperaturu tənzimləmək;
- Fövqəladə prosedurlara riayət etmək;
- Məhsul və ya istehsalda uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;
- Qəlibdə hazırlanmış məhsulun səthindəki uyğunsuzluqları, yoxlamaq;
- Maşın və mexanizmlərin işçi parametrlərini nizamlamaqla məhsulda olan uyğunsuzluqları aradan qaldırmaq;
- İstehsal prosesi barədə məlumat vermək;
- Qəliblərdə olan qüsurlar barədə nəzarətçiyə məlumat vermək;
- Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etmək;
- İş Qrafiki: Həftənin 6 günü və şirkət tərəfindən yeməklə təmin edilir;
- İş yeri: Zabrat 2 – də yerləşir. Namizədin yaxın ərazilərdə yaşayan şəxslərə üstünülük veriləcəkdir.
Tələblər
- Ali təhsil-Texniki;
- Bu sahə üzrə minimum 3 -5 il iş təcrübəsi;
- Təlimatlar və istehsal cədvəllərinə riayət etmək bacarığı;
- Sadə hesablama bacarığı;
- Qrupun üzvü olaraq çalışmaq bacarığı;
- Sərbəst şəkildə işləmək bacarığı;
- Təhlil bacarıqları, eləcə də düzgün düşünmək və problemləri həll etmək bacarığı;
- İstehsalı zamanı problemləri aşkar etmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Kompüterdən istifadə üzrə əsas bacarıqlar;
- Emal prosesinin düzgün aparılması və avadanlıqlar ilə əlaqədar problemləri həll etmək üçün zəruri bacarıqlar;
- Vaxtı idarə etmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Ticarət