Elmanado Collection

İstehsalat rəhbəri

По соглашению 84
Полн. занятость
Баку, Азербайджан
29.10.24 - 29.11.24

O работе

  • Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşmək;
  • Nəzarət cədvəlləri və ya digər sənədlərə əsasən, xammalda olan uyğunsuzluqları, o cümlədən çirklənməni və rəngin dəyişməsini müəyyən etmək;
  • Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırmaq;
  • Təhlükəsizlik ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək;
  • Mühafizə vasitələrinin düzgün quraşdırılması və istismarını yoxlamaq;
  • Avadanlığı işə salmazdan əvvəl yoxlamalar aparmaq;
  • Texnoloji təlimata uyğun olaraq istimar prosesində texniki xidmət ilə əlaqədar proqram nəzarətini həyata keçirmək;
  • İstismardan əvvəl maşın və mexanizmlərin işçi parametrlərini, onların qoruyucu vasitələrinin sazlığını yoxlamaq;
  • Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirmək;
  • Yükləmə qurğusunun naqil və kabel örtüklərinə nəzarət etmək;
  • Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etmək:
  • Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etmək;
  • Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etmək;
  • Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək;
  • Təzyiq və temperaturu tənzimləmək;
  • Fövqəladə prosedurlara riayət etmək;
  • Məhsul və ya istehsalda uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;
  • Qəlibdə hazırlanmış məhsulun səthindəki uyğunsuzluqları, yoxlamaq;
  • Maşın və mexanizmlərin işçi parametrlərini nizamlamaqla məhsulda olan uyğunsuzluqları aradan qaldırmaq;
  • İstehsal prosesi barədə məlumat vermək;
  • Qəliblərdə olan qüsurlar barədə nəzarətçiyə məlumat vermək;
  • Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etmək;
  • İş Qrafiki: Həftənin 6 günü və şirkət tərəfindən yeməklə təmin edilir;
  • İş yeri: Zabrat 2 – də yerləşir. Namizədin yaxın ərazilərdə yaşayan şəxslərə üstünülük veriləcəkdir.

Требования

  • Ali təhsil-Texniki;
  • Bu sahə üzrə minimum 3 -5  il iş təcrübəsi;
  • Təlimatlar və istehsal cədvəllərinə riayət etmək bacarığı;
  • Sadə hesablama bacarığı;
  • Qrupun üzvü olaraq çalışmaq bacarığı;
  • Sərbəst şəkildə işləmək bacarığı;
  • Təhlil bacarıqları, eləcə də düzgün düşünmək və problemləri həll etmək bacarığı;
  • İstehsalı zamanı problemləri aşkar etmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdən istifadə üzrə əsas bacarıqlar;
  • Emal prosesinin düzgün aparılması və avadanlıqlar ilə əlaqədar problemləri həll etmək üçün zəruri bacarıqlar;
  • Vaxtı idarə etmək bacarığı.


Похожие вакансии