AMO Group

İdxal üzrə mütəxəssis

1400 - 1600 ₼ 160
Tam iş günü
Bakı, Azərbaycan
25.01.24 - 24.02.24

İş haqqında məlumat

  • Xarici və yerli şirkətlərlə danışıqlar aparmaq;
  • Müqavilələr bağlamaq;
  • Sifarişləri qeydiyyata alaraq yekun siyahını hazırlamaq və tədarükçülərə göndərmək;
  • İdxal sifarişləri zamanı məhsulların bazar şərtlərinə uyğun qiymət indeks hesablanmasının aparılmasında iştirak etmək;
  • Sifariş məlumatlarının tədarükçülərə ötürülməsini, ödəmənin və yükləmənin zamanında həyata keçirilməsini təmin etmək;
  • İdxal mallarının anbardakı miqdarına nəzarət etmək, artıqlıq və çatışmazlıq hallarını minimuma endirmək;
  • Ödəniş planlarını hazırlamaq və ödənişlərin icrasını təqib etmək;
  • Logistika strukturuna yükləmə planını vermək, lazımi məlumatları təmin etmək;
  • Yükləmələri nəzarətdə saxlamaq (sənədlərin düzgünlüyünü yoxlamaq, sertifikatlara müraciət etmək,  daxili şöbələrə məlumatları göndərmək, tədarükçülərə aid müvafiq sənədləşmələrin  icrasını təmin etmək,  məhsulların depoya qəbul olunmasını və  mağazalara göndərilməsini təqib etmək;
  • Yükləmə sənədlərinin lazımi qovluqlarda saxlanmasını, məhsulların maliyyətinin hesablanması üçün bütün lazımi məlumatların mühasibatlığa təqdim edilməsini təmin etmək;
  • Tədarükçülərə ödənəcək vəsaitlərin büdcələnməsi üçün aylıq proqnozları hazırlayaraq müvafiq struktur bölməyə göndərmək;
  • Yeni məhsulların sistemə tanıdılması üçün lazımi hesabatların hazırlanmasını və vaxtında müvafiq struktur bölmələrinə göndərilməsini təmin etmək;
  • Əraziləri ziyarət etmək;
  • Günlük, həftəlik, aylıq raporlar hazırlamaq;
  • Mağaza sifarişlərini təmin etmək, rutlar üzrə icrasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
  • Əmək məcəlləsinə uyğun sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Yaş: 25-35;
  • Təhsil: Ali;
  • Təcrübə: 3 ildən yuxarı
  • Kompüter bacarıqları: MS Office (Word, Excel);
  • Dil bilikləri: Azərbaycan, ingilis dillərini (yazılı və şifahi) əla səviyyədə bilmək, rus dili yaxşı;
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları.


Elanın müddəti bitmişdir