MKT İstehsalat Kommersiya MMC
Ə/h razılaşma ilə 142
Tam iş günü
Bakı, Azərbaycan
13.08.24 - 12.09.24

İş haqqında məlumat

  • Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarını yaratmaq;
  • Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək;
  • Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək;
  • Departament rəhbərin göstərişi ilə layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərini idarə etmək;
  • Tapşırıqların qeyd edilməsi və idarəsi üçün onlayn sistemlərlə işləmək;
  • Layihələrin idarə edilməsi, kadrların idarə edilməsi, risklərin idarə edilməsi və s. ilə əlaqədar PMI metodologiyalarını başa düşmək və düzgün şəkildə tətbiq etmək;
  • Görülən işlərin uçotunu aparmaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
  • Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (Cəmiyyət tərəfindən, habelə departament (filial) direktoru tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa);
  • Aidiyyəti məsələlər üzrə bütün struktur bölmələrin rəhbərləri ilə qarşılıqlı əlaqədə olmaq;
  • Öz səlahiyyətləri daxilində sənədləri imzalamaq və təsdiq etmək;
  • Xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədləri şəxsən və ya bilavasitə rəhbərin tapşırığı ilə müəssisənin şöbə müdirlərindən və mütəxəssislərindən tələb etmək;
  • Nəzərdə tutulmuş vəzifələrlə bağlı işin təkmilləşdirilməsi ilə bağlı təkliflərini rəhbərliyin müzakirəsinə təqdim etmək;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.

Tələblər

  • Təhsil: Ali (marketinq, kommersiya, iqtisadiyyat üzrə, Informatika, sənaye mühəndisliyi);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Sertifikatlar: PMI , PMP;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dili – Səlis ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları, MS Project vəya Primavera kimi layihə idarəsi proqramları;
  • Aqrar sahədə təcrübənin olması üstünlükdür;
  • Rəqəmsal layihələrin idarə olunmasında təcrübə üstünlükdür;
  • PMI – PMP olması aruzolunandır;
  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Analitik zəka,insanlarla işləmək qabiliyyəti.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar