Aqrar İnnovasiya və Təchizat Şirkəti

Kateqoriya üzrə menecer

Ə/h razılaşma ilə 106
Tam iş günü
Bakı, Azərbaycan
15.08.24 - 14.09.24

İş haqqında məlumat

  • Şirkətin strategiyasını və hədəflərini əsas tutaraq iş prosesini həyata keçirmək;
  • Kateqoriya daxilində qiymətlərin formalaşdırılması və bazarda qiymətlərin davamlı təhlilini aparmaq;
  • Kateqoriya üzrə satış və mənfəətlilik, eləcə də digər səmərəlilik hədəflərinə nail olmaq məqsədi ilə məhsul portfelini formalaşdırmaq;
  • Məhsulların sifarişlərinin formalaşdırılmaq və təqib etmək;
  • Məhsul ehtiyatının (stok) planlanmasını icra etmək və davamlı olaraq anbarla əlaqədə olmaq;
  • Qiymət və brend seqmentlərində analizləri aparmaq;
  • Bazar araşdırılmasının təmin edilməsini daim nəzarətdə saxlamaq;
  • Təchizat və satış planlarının hazırlanmasında iştirak etmək;
  • Kateqoriyanın daimi alternativ çeşidlərlə təmin edilməsi üçün müvafiq araşdırılmalar aparmaq;
  • Alınan malların müvafiq dövlət icra orqanlarının tələblərinə uyğun olmasına nəzarət etmək;
  • Ehtiyac üzrə müxtəlif kampaniyalarının təşkili və icrasına nəzarət etmək;
  • Müəyyən edilmiş məhsul portfelinə əsasən araşdırmalar etmək: qiymət, həcm, keyfiyyət və texniki xüsusiyyət üzrə şərtlər haqqında məlumatlar əsasında satınalma şöbəsinə yönləndirmək;
  • Kateqoriya çərçivəsində məhsul və markaların vizual merçendayzinq tələblərini müəyyən etmək və təqdim etmək;
  • Məhsullarla bağlı təqdimat və təlimlərin keçirilməsini planlamaq;
  • Komandaya rəhbərlik edib iş fəaliyyətlərinə nəzarət etmək;
  • Satış komandasını hədəflərə doğru yönəltmək, komandanın motivasiyasını yüksək saxlamaq;
  • Dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:30 - 17:30;
  • İş yeri: Chinar Park BM, Ə.Rəcəbli küç.

Tələblər

  • Təhsil: Ali təhsil (marketinq, biznes, iqtisadiyyat, maliyyə sahələri üstünlükdür);
  • Təcrübə: Satınalma, kateqoriya sahəsində azı 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office və 1C proqram biliyi;
  • Dil bilikləri: Mükəmməl Azərbaycan dili biliyi, rus dili və ingilis dili biliyi arzu olunandır;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Peşakar idarəetmə bacarığı;
  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar