Green Tech

Planlama üzrə mütəxəssis

2000 ₼ 172
Tam iş günü
Bakı, Azərbaycan
29.08.24 - 28.09.24

İş haqqında məlumat

  • İstehsala  daxil olan ve  olmayan əməliyyat fəaliyyətləri (texniki, mexaniki, elektrik, tikinti) üzrə illik/dövri planları müvafiq bölmələrdən alır və şirkət səviyyəsində konsolidasiya edir;
  • Plana uyğun olaraq daxil olan satınalma tələblərini araşdırır, analiz edir və zəruri hallarda tələb açan tərəflə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir;
  • Plan xaricində daxil olan satınalma tələblərini nəzərdən keçirir, səbəblərini sorğulayır və tələb sahibiylə əlaqə saxlayaraq tələbin aydınlaşdırılmasını təmin edir;
  • Şirkət səviyyəsində miqyas iqtisadiyyatının (economy of scale) tətbiq olunması üçün zəruri fəaliyyətləri həyata keçirir (tələbin konsolidasiya edilməsi, dövri tələblərin müəyyənləşdirilməsi və s.);
  • Əməliyyat Planlaşdırma rolu və məsuliyyətlərinin həyata keçirilməsi üçün müvafiq tərəfdaşlarla (Satınalma, Texniki, Anbar və s.) əlaqəli şəkildə işləməyi təmin edir;
  • Şirkətin əsas anbarında, alt anbarda və təchizatçı anbarlarında olan ehtiyatları izləyir; tələblərin vaxtında və tam şəkildə qarşılanması üçün resursların və logistika əməliyyatlarının səmərəli və effektiv idarə olunmasını təmin edir;
  • Əməliyyat fəaliyyətləri və əlaqədar proseslərdə təkmilləşdirmə nöqtələrinin müəyyənləşdirilməsi ilə bağlı analiz fəaliyyətlərini aparır. Müəyyən olunmuş ehtiyaclara əsasən inkişaf və/və ya təkmilləşdirmə işlərini müvafiq bölmələrlə koordinasiya edərək əlavə dəyər və məhsuldarlığın artırılmasını təmin edir;
  • Korporativ yaddaşın formalaşdırılmasına yönəlmiş mövcud sistem tətbiqlərinin effektiv şəkildə istifadə olunmasını təmin etmək üçün nəzarət və geri bildirim işlərini həyata keçirir;
  • Satınalma zamanı tələb olunan texniki şərtlərin tələbinə və ehtiyacına uyğun olaraq təmin edilməsi üçün müvafiq bölmələrlə koordinasiya şəklində işləyir;
  • İş qrafiki: 08:00-17:00 ( beş günlük iş həftəsi).
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Gediş-gəliş şirkət tərəfindən təmin edilir.
  • Nahar şirkət tərəfindən təmin edilir..

Tələblər

  • Ali təhsil (mühəndislik, iqtisadiyyat və biznesin idarə edilməsi );
  • Planlama layihələri üzrə biznes təhlilçi kimi 5+ illik təcrübə;
  • Proqram bilikləri: MS Office, Power BI, SQL baza biliklər;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı (yazı və oxuma);
  • Açılan tələblərin təhlil edilməsi;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri;
  • Qarşı tərəfi düzgün şəkildə istiqamətləndirəcək dərəcədə ünsiyyət bacarığı;
  • Əməkdaşlıq və Komanda işi;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Korporativ iş mədəniyyəti.


Oxşar vakansiyalar