SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Sərmayələrin qiymətləndirilməsi üzrə mütəxəssis

Ə/h razılaşma ilə 1808
Tam iş günü
Bakı, Azərbaycan
08.01.25 - 31.01.25

İş haqqında məlumat

  • Layihə təkliflərinin ilkin incələnməsi, eləcə də maliyyə modelinin hazırlanması üzrə müvafiq yanaşmanın təyini və ilkin verilənlərin müəyyənləşdirilməsinə zəruri dəstəyin göstərilməsi
  • Çoxsaylı daxili tərəf və departamentlərlə birgə cari durumun hərtərəfli təhlilinə dəstək göstərilməsi;
  • Bazar, maliyyə və texniki məlumatlar əsasında maliyyə və əməliyyat təhlillərinin aparılması;
  • Layihələrin texniki-iqtisadi əsaslandırılması (o cümlədən, NPV, IRR və PBP kimi göstəricilərin müəyyənləşdirilməsi) məqsədilə baza maliyyə modelinin qurulması;
  • Spesifik sorğuların tələblərini tam başa düşmək (dərin təhlilin icrası), müvafiq şöbələrdən zəruri məlumatların toplanılması və qərarvermə prosesinə kömək üçün data analitika metodlarının tətbiq olunması;
  • Tam texniki-iqtisadi əsaslandırma hesabatını hazırlanması yönündə komandaya dəstək verilməsi;
  • SDM tərkibində yer alan şirkətlərin satış və xərc hesabatlarının hazırlanması;
  • Hesabatların və PowerPoint təqdimatlarının hazırlanmasında köməklik etmək.

Tələblər

  • Maliyyə, investisiya, maliyyə təhlili və ya oxşar sahədə minimum bakalavr dərəcəsi;
  • Maliyyə təhlili və (maliyyə) modelləşdirmə bacarıqları;
  • Qabaqcıl analitik bacarıqlar və tənqidi düşüncə tərzi;
  • Detallara xüsusi diqqət yetirmə və həll yönümlü çalışma bacarıqları;
  • Gərgin iş şəraitində işləmə bacarığı və yüksək ünsiyyət qurmaq bacarığı;
  • Maliyyə/İnvestisiya/Audit/Konsaltinq üzrə minimum 2 il iş təcrübəsi;
  • Neft və qaz sənayesində təcrübə və/və ya bilik arzuolunandır;
  • CFA, FRM, CIMA, ACCA sertifikatları arzuolunandır.