Bakı,
Azərbaycan
07.01.25
-
31.01.25
İş haqqında məlumat
- Zavod və istehsalat sahələrində işə icazə sisteminin, aidiyyatı forma və əlaqəli prosedurların tərtibatı, inkişafı və tətbiqi;
- Təhlükəsiz iş prosedurlarını, təlimatları təyin etmək və tapşırıq riskinin qiymətləndirilməsi prossesini təşkil etmək;
- Öyrənilmiş praktiki dərslərin təyini və sənədləşdirilməsi;
- Zavod və istehsalat sahələrində işə icazə sisteminin (PTW) fəaliyyətinin və tətbiqinin əsas əlaqəli şəxsi olmaq və dəstək vermək;
- İcraçı və nəzarət edən tərəflərlə tapşırıq riskinin qiymətləndirmələrini koordinasiya etmək, uyğun təhlükələr qiymətləndirməsinin aparılmasını təmin etmək. Digər işlərlə toqquşmaların (SİMOPS) təşkil etdiyini və bu cür təhlükələrin müəyyən edildiyini və aradan qaldırılmasında həyata keçirilməsi üçün addımların atıldığını müəyyən etmək;
- Günlük işə icazə koordinasiya görüşlərinin rəhbərliyini etmək. İşə icazələrin, əlavə sertifikatların, auditlərin və performans statistikalarının günlük qeydini saxlamaq;
- Müəyyən edilmiş sahələrdə rutin işə icazə auditlərini təşkil etmək və işə icazə auditlərinin əsas əlaqəli şəxsi olmaq;
- İşə icazə, sertifikat və formaların vaxtından keçmiş və ya tələb olunmuş olduğunu izləmək və tövsiyyələrin verilməsi;
- İşə icazə prosesini və sistemini təkmilləşdirmək üçün yollar axtarmaq və təkliflərin verilməsi;
- İşə icazə hesabatları və statistikalarını hazırlamaq;
- Rəhbərlik tərəfindən namizəd göstərildikdə işə icazə auditlərinə, hadisələrin tətqiqatında və təhlilatlarına iştirak etmək;
- LOTO sisteminin izləniməsi, qeydiyyata alınması və arxivləşdirilməsi;
- Uzun müddətli təcridlərin (LTI) qeydiyyatı, izlənilməsi və tam bağlanılana qədər auditlərinin aparılması;
- SƏTƏMM toolboxlarının təşkili və keçirilməsi.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sağlamlıq və Təhlükəsizlik, Kimya, Mexanika və ya Sənaye Mühəndisliyi ixtisası üzrə üstünlüdür);
- Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
- Tapşırığın Risk Qiymtələndirilməsi bacarığı;
- İcraçı və nəzarət edən tərəflərlə effektiv şəkildə işləmə bacarığı;
- Sağlamlıq və təhlükəsizlik sahəsində müvafiq peşəkar sertifikatlara malik olmalıdır, ən azı NEBOSH Beynəlxalq Ümumi Sertifikatı, IOSH Təhlükəsizliyi İdarəetmə və s.;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
Mühəndislik
Neft və qaz