Baku,
Azerbaijan
17.10.24
-
17.11.24
Working conditions
- Satış, tələb proqnozlarına, resursların mövcudluğuna və keyfiyyət tələblərinə əsaslanaraq istehsal planlarını və cədvəllərini hazırlamaq;
- İstehsal fəaliyyətlərinin vaxtında yerinə yetirilməsinə nəzarət etmək və təmin etmək;
- Proseslərin optimallaşdırılması, səmərəliliyin artırılması və xərclərin azaldılması imkanlarını müəyyən etmək üçün istehsal proseslərini, iş axınını və avadanlıq performansını təhlil etmək;
- İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət etmək;
- Məhsulun standartlar daxilində istehsal edilməsinə nəzarət edilməsi;
- Departamentin fəaliyyəti ilə əlaqəli iş təlimatlarının hazırlanması;
- İstehsal fəaliyyətinin davamlı monitorinqi və təhlili, təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək və təhlükəsiz iş mühitini təşviq etmək;
- Risklərin qiymətləndirilməsi, təhlükənin müəyyən edilməsi və müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi;
- İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və istehsal hesabatlarının hazırlanması;
- Test üsullarının müvafiq standartlara uyğunluğunu yoxlamaq;
- Aparılan yoxlamaların və sınaqların dəqiq nəticələrinin saxlanılması;
- Təchizatçılardan alınan məhsulların sınaqdan keçirilməsi və təchizatçıların fəaliyyətinin qeydlərinin aparılması;
- Uyğunsuzluqları və səhvləri müəyyən etmək və səbəbləri araşdırmaq;
- Keyfiyyətə nəzarət sistemlərinin qurulması və idarə edilməsi;
- Xammal və hazır məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına cavab verdiyinə əmin olmaq üçün sınaqdan keçirilməsi və təhlil edilməsi;
- Məhsulun keyfiyyətini təmin etmək üçün sınaq və təhlil protokollarının işlənib hazırlanmasında iştirak etmək;
- Keyfiyyətdən sapmaların səbəblərini müəyyənləşdirilməsi və düzəldici tədbirlər təklif edilməsi;
- Məhsulun izlənməsini və uyğunsuzluq hallarının idarə olunmasını təmin etmək;
- Keyfiyyətə nəzarət üçün lazım olan avadanlıqlara qulluq edilməsi;
- Keyfiyyətə nəzarət avadanlıqlarının kalibrlənməsini təmin etmək;
- Avadanlıqlara texniki qulluq işlərinin yerinə yetirilməsinə dəstək vermək;
- İstehsalın bütün mərhələlərində yoxlamaların aparılması;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək;
- Müştərilərə məhsulların və həll yollarının təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
- Müştəri şikayətlərinə həll yollarının verilməsini təmin etmək;
- Keyfiyyət, kommersiya, satınalma və s. məsələlərlə bağlı NORM Rəhbərliyinə hesabat vermək.
Requirements
- Tikinti Materialları sahəsində Ali Bakalavr (və ya Magistr) Təhsili;
- Cəmi 5 ildən artıq iş təcrübəsi, əlaqədar sahə üzrə 1 ildən artıq iş təcrübəsi olmalı;
- Hazır beton qarışığı istehsalı, əlaqədar avadanlıqların idarə edilməsi ilə bağlı texniki biliklərin olması;
- İngilis dilini orta səviyyədə bilmək;
- MS Office proqramlarında işləmək.
Other
Construction
This job has expired