SOCAR

Quyuların əsaslı və yeraltı təmiri üzrə usta

1212 ₼
Full-time
Baku, Azerbaijan
13.03.24 - 12.04.24

Working conditions

  • Briqada işçilərinin iş vaxtının səmərəli idarə olunmasını təmin etmək, plana müvafiq olaraq briqadaya və ayrı-ayrı fəhlələrə istehsal tapşırıqlarını
    təyin etmək;
  • Briqada işçilərinin təlimatlandırılmasını aparmaq;
  • Təhkim edilmiş xidmət sahəsində quyuların təmiri üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsini təmin etmək;
  • Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Briqadada fəhlələrin müntəzəm işini təmin etmək;
  • Briqada üzvlərinin fəaliyyətini əlaqələndirmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək,
    həmçinin onlara riayət edilməsinə nəzarət etmək;
  • Yuyucu aqreqat, xüsusi texnika, alət, avadanlıq, material və ehtiyyat hissələrinin sifarişini hazırlamaq və təmin etmək;
  • Qazma borularının işçi körpüsünə verilməsinə, rotorun quyu ağzına, işlək boru (kvadrat) və fırlanğıcın işçi meydançasına yerləşdirilməsinə nəzarət;
  • Yan açarların asılmasına və bağlanılmasına nəzarət etmək;
  • Gil tutumlu və şirin su çənlərinin, gil qarışdırıcı qurğunun, monometr və əks klapanın, yuma və sementləmə aqreqatlarının yerləşdirilməsinə nəzarət
    etmək;
  • Su anbarlarının hazırlanmasına, vurucu nasosların yerləşdirilməsinə və
    işləkliyinə nəzarət etmək;
  • Quyuların işıqlandırılması zamanı enerjinin səmərəli istifadəsini təmin etmək;
  • Quyuların hermetik yoxlanılmasına, sement stəkanın qazılmasına, sementləmə prosesinə, qazma prosesinə, gil məhlulunun hazırlanmasına,
    möhürün tədqiqinə rəhbərlik etmək;
  • Gil məhlulunun parametrinə, quyuda mürəkkəbləşmələrin olmasına nəzarət etmək;
  • Möhürün quyuya endirilməsini təmin etmək;
  • Xüsusi texnikanın səmərəli istismarı və boşdayanmaların aradan qaldırılmasını təmin etmək;
  • Görüləcək işlər barədə qeydiyyatlar aparmaq;
  • Gündəlik görülən işlər haqqında hesabat aparmaq və məlumat vermək.

Requirements



This job has expired

Related vacancies