Baku,
Azerbaijan
16.01.25
-
16.02.25
Working conditions
- Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
- Podratçılarla hesabat formalarının doldurulma qaydalarını müzakirə etmək;
- Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
- Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
- Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
- Həftəlik hesabatların layihə müdiri və kommersiya rəhbərləri ilə müzakirə edilməsi;
- Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
- Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI hesabatların hazırlanması;
- Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
- Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
- Sahə səfərləri hesabatlarının hazırlanması;
- İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
- Podratçılarla iclaslarda iştirak etmək;
- Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
- Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
- Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
- Master qrafik üzrə işçi resursların layihə müdiri ilə birgə təyin olunması;
- Tender qrafiklərinin tərtib olunması;
- Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Requirements
- Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
- Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
- Məsuliyyətli, intizamlı olmaq.
Engineering
Construction