Baku,
Azerbaijan
16.01.25
-
16.02.25
Working conditions
- Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir (bəzilərində iştirak edir), təlimat sənədlərinə nəzarət edir;
- Zavodda baş vermiş qəzalar zamanı xəsarət alan işçilərə ilkin tibbi yardım göstərilməsində və hadisənin baş vermə səbəbinin araşdırılmasında iştirak edir, işçilərə maarifləndirici məlumatlar verir;
- Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, Yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;
- Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;
- Həyat və sağlamlıq üçün təhlükəli olan yerləri xəbərdaredici nişanlarla işarələyir, təmir gedən əraziləri xüsusi lentlə ayırır, zavod ərazisində sair məlumatverici lövhələr, yazılar asır;
- İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;
- Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında Giriş təlimatı keçir və xüsusi qeydlər aparır;
- Görülən işlər haqqında hesabat verir;
- Ərazidə rastlaşdığı təhlükəli vəziyyət və təhlükəli iş şəraiti ilə bağlı uyğunsuzluqları müşahidə edərək müvafiq formada tərtib edir, normal iş şəraitin yaradılmasına nəzarət edir;
- Təşkil olunmuş SƏTƏM yürüşlərində iştirak edir;
- Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;
- Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etmək, personalı fövqəladə hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq;
- Namizədlərin dəyərləndirilmə prosesi: Birinci mərhələ- IQ test, komputer biliklərinin yoxlanılması -MC office;
- İkinci mərhələ-SƏTƏM şöbə rəisi və İnsan resursları Şöbə rəisi ilə müsahibə;
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul;
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
- Həftədə 6 gün / 6.5 saat: Növbəli iş qrafiki ( 1-ci növbə- 08:00-16:00, 2-ci növbə- 16:00-00:00, 3-cü növbə 00:00-08:00);
- İstirahət günü: Bazar günü;
- Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Requirements
- Kişi namizədlər müraciət etməlidir;
- Anoloji sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
- Ali təhsil / Texniki sahə üzrə;
- İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır;
- SƏTƏM sahəsi üzrə müvafiq sertifikarların olması mütləqdir. ( Sənayedə İşlərin təhlükəsizlik aparılması aid şəhadətnamə (FHN Dağ Mədən, Yükqaldırma əməliyyatlarının aparılması, Risk qiymətləndirilməsi və s.);
- Bilməlidir: Daxil intizam qaydalarını;
- Əməyin mühfizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını;
- Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s);
- Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını.
Engineering
Construction