PMD Projects

Planlaşdırma üzrə mühəndis

По соглашению 1412
Полн. занятость
Баку, Азербайджан
16.01.25 - 16.02.25

O работе

  • Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
  • Podratçılarla hesabat formalarının doldurulma qaydalarını müzakirə etmək;
  • Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
  • Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması; 
  • Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
  • Həftəlik hesabatların layihə müdiri və kommersiya rəhbərləri ilə müzakirə edilməsi;
  • Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
  • Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI hesabatların hazırlanması;
  • Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
  • Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
  • Sahə səfərləri hesabatlarının hazırlanması;
  • İkihəftəlik hesabatların hazırlanaraq layihə komandasına təqdim edilməsi;
  • Podratçılarla iclaslarda iştirak etmək;
  • Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
  • Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
  • Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
  • Master qrafik üzrə işçi resursların layihə müdiri ilə birgə təyin olunması;
  • Tender qrafiklərinin tərtib olunması;
  • Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Требования

  • Ali təhsil: Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: MS Office, Primavera P6, MS Project;
  • Məsuliyyətli, intizamlı olmaq.

 


Похожие вакансии