Baku,
Azerbaijan
10.01.25
-
09.02.25
Working conditions
- Layihələr üzrə master iş qrafiklərinin layihə rəhbəri ilə müzakirə edilərək hazırlanması;
- Master iş qrafiki əsasında tender qrafiklərinin tərtib olunması;
- Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla iclas təşkil edilərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
- Podratçılarla hesabat formalarının hazırlanma qaydalarını izah və müzakirə etmək;
- Podratçılar tərəfindən təmin edilən işçi qüvvəsinə həftəlik olaraq nəzarət etmək və hesabat hazırlayaraq layihə rəhbəri və komandası ilə müzakirə etmək;
- Podratçılar tərəfindən göndərilən məlumat və ya hesabatların doğruluğunu sahə komandası ilə yoxlamaq, yanlış məlumat olduğu təqdirdə podratçının düzgün hesabat göndərməsini tələb və təmin etmək;
- Podratçılarla sahə iclaslarında iştirak etmək;
- Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
- Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
- Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
- Həftəlik hesabatları layihə rəhbəri və komandası ilə müzakirə etmək;
- Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
- Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
- Sahə səfərləri hesabatlarının hazırlanması;
- Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
- Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
- Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
- Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi;
- Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
- Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI məlumatların hazırlanması.
Requirements
- Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
- İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;
- Güclü ünsiyyət bacarıqları;
- Stresə qarşı davamlılıq;
- Məsuliyyətli, intizamlı olmaq;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi.
Engineering
Professional services