Facility Management Group

Planlama üzrə mühəndis

Ə/h razılaşma ilə 2243
Tam iş günü
Bakı, Azərbaycan
10.01.25 - 09.02.25

İş haqqında məlumat

  • Layihələr üzrə master iş qrafiklərinin layihə rəhbəri ilə müzakirə edilərək hazırlanması;
  • Master iş qrafiki əsasında tender qrafiklərinin tərtib olunması;
  • Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla iclas təşkil edilərək detallı iş qrafikinin hazırlanmasında köməklik göstərmək;
  • Podratçılarla hesabat formalarının hazırlanma qaydalarını izah və müzakirə etmək;
  • Podratçılar tərəfindən təmin edilən işçi qüvvəsinə həftəlik olaraq nəzarət etmək və hesabat hazırlayaraq layihə rəhbəri və komandası ilə müzakirə etmək;
  • Podratçılar tərəfindən göndərilən məlumat və ya hesabatların doğruluğunu sahə komandası ilə yoxlamaq, yanlış məlumat olduğu təqdirdə podratçının düzgün hesabat göndərməsini tələb və təmin etmək;
  • Podratçılarla sahə iclaslarında iştirak etmək;
  • Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatların hazırlanması;
  • Layihələr üzrə gecikmə hesabatlarının hazırlanması;
  • Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlərin müəyyənləşdirilməsi;
  • Həftəlik hesabatları layihə rəhbəri və komandası ilə müzakirə etmək;
  • Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərinin həftəlik olaraq yenilənməsi;
  • Sahələrə səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət edilməsi;
  • Sahə səfərləri hesabatlarının hazırlanması;
  • Layihələndirmə mərhələsində inkişaf statusunun həftəlik yenilənməsi;
  • Şirkətin işçi resurslarının layihələr üzrə paylanılmasını, resursların planlanmasını həyata keçirmək;
  • Satınalmalar şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirilməsi;
  • Həftəlik hesabatlarda planlaşdırılan və faktiki inkişaf fərqinin (delta) göstərilməsi;
  • Həftəlik hesabat əsasında SPI məlumatların hazırlanması;
  • Tikinti xərclərinə nəzarət komandasından toplanan məlumatları analiz edilərək CPI məlumatların hazırlanması.

Tələblər

  • Öz təşəbbüslərindən istifadə etmək bacarığı;
  • İşin vaxtı vaxtında tamamlanması və təqdim olunması;
  • Güclü ünsiyyət bacarıqları;
  • Stresə qarşı davamlılıq;
  • Məsuliyyətli, intizamlı olmaq;
  • Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi.