Baku,
Azerbaijan
02.12.24
-
02.01.25
Working conditions
- Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Layihələri şirkətin daxili prosedur və qaydalarına uyğun idarə etmək;
- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, layihə komandası, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
- Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
- Layihə üzrə dəyişikliklərin idarə edilməsi və nəzarətini təşkil etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
- Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək;
- Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək;
- Ezamiyyə imkanları;
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73.
Requirements
- Ali iqtisadi və ya mühəndislik təhsili;
- Texniki layihələrin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – səlis, Rus – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər (PMP sertifikatının olması əlavə üstünlükdür);
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə koordinatoru” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Administrative, Business, Management
Engineering