Kristal Abşeron

Keyfiyyətə nəzarət üzrə mühəndis

By agreement 221
Full-time
Baku, Azerbaijan
20.08.24 - 19.09.24

Working conditions

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
  • İşin əhatə dairəsi üzrə Təftiş Test Planını hazırlamaq və təsdiqləmək;
  • Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
  • Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
  • Hesabatları, sənədləri yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək və həyata keçirmək;
  • Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək;
  • Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
  • İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
  • İş qrafikİ: 6 günlük.

Requirements

  • Təhsil: Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
  • DK, MK, MH, MEP, XSK və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır.


Related vacancies