AZCD Group QSC

Texniki ofis mühəndisi

By agreement 793
Full-time
Baku, Azerbaijan
14.01.25 - 14.02.25

Working conditions

  • Layihənin icra prosessində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosessinin təmin edilməsi;
  • Həmçinin sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesbatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi;
  • Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn cizgiləri, qiymət cədvəli və s.);
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi;
  • Əmək haqqı: Rəqabətə davamlı;
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: Tam iş günü;
  • İş saatları: 09:00-18:00.

Requirements

  • İnşaat sahəsində ali təhsil;
  • Tikinti layihələrinin idarəedilməsi üzrə 3-4 il iş təcrübəsi;
  • MS Office, AutoCAD 2D/3D, üzrə yaxşı səviyyədə;
  • İngilis dili üzrə yazılı və şifahi bilik. Rus dil biliyi üstünlükdür;
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” (Bakı) yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Related vacancies