Баку,
Азербайджан
20.08.24
-
19.09.24
O работе
- Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planını hazırlamaq və təsdiqləmək;
- Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
- Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
- Hesabatları, sənədləri yoxlamaq, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
- Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
- Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq etmək və həyata keçirmək;
- Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparmaq və müvafiq düzəliş tədbirlərini müəyyən etmək;
- Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
- İş qrafikİ: 6 günlük.
Требования
- Təhsil: Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
- Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
- Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
- DK, MK, MH, MEP, XSK və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır.
Инжиниринг
Строительство
Срок действия задания истек