Ram Holding

İşə qəbul bölməsinin rəhbəri

2366 - 2630 ₼ 323
Full-time
Baku, Azerbaijan
16.01.24 - 15.02.24

Working conditions

  • İşə Qəbul Bölməsinin fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
  • İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
  • Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
  • Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
  • İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
  • Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
  • Gələcəkdə yarana biləcək işə qəbul ehtiyaclarını planlaşdırmaq üçün struktur rəhbərləri ilə sıx əlaqədə olur;
  • Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
  • «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Bölmənin fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:30 - 17:30;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).

Requirements

  • Təhsil: Ali;
  • Təcrübə: İşə qəbul sahəsində 3 - 5 il iş təcrübəsi (ən azı 1 il komanda idarəetmə təcrübəsi);
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
  • Kompüter bacarıqları: Yaxşı səviyyədə MS Excel bilikləri (Statistik, Date, Məntiq və Axtarış funksiyalarından istifadə);
  • Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Deleqasiya etmə bacarığı.


This job has expired