Bakı,
Azərbaycan
16.01.24
-
15.02.24
İş haqqında məlumat
- İşə Qəbul Bölməsinin fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
- İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
- Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
- Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
- Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
- İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
- Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
- Gələcəkdə yarana biləcək işə qəbul ehtiyaclarını planlaşdırmaq üçün struktur rəhbərləri ilə sıx əlaqədə olur;
- Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
- «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
- Bölmənin fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir;
- Şirkət hesabına korporativ nömrə;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: İşə qəbul sahəsində 3 - 5 il iş təcrübəsi (ən azı 1 il komanda idarəetmə təcrübəsi);
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
- Kompüter bacarıqları: Yaxşı səviyyədə MS Excel bilikləri (Statistik, Date, Məntiq və Axtarış funksiyalarından istifadə);
- Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Deleqasiya etmə bacarığı.
İnsan resursları
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir