Azərbaycan Dəmir Yolları

İnsan resursları üzrə mütəxəssis

By agreement 243
Full-time
Shirvan, Azerbaijan
23.08.24 - 22.09.24

Working conditions

  • İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək;
  • Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;
  • Vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
  • Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
  • Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq, məlumatları proqram təminatına işləmək;
  • ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
  • ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;
  • İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
  • Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;
  • Tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
  • Rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq.

Requirements

  • Təhsil: Ali (İstənilən sahə üzrə);
  • İş təcrübəsi: Sahə üzrə 1 il;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Elektron informasiya sistemindən istifadə qaydaları;
  • Dil bacarıqları: İngilis və ya rus;
  • Kompüter bilikləri: MS Office.