Şirvan,
Azərbaycan
23.08.24
-
22.09.24
İş haqqında məlumat
- İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək;
- Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;
- Vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
- Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
- Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq, məlumatları proqram təminatına işləmək;
- ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
- ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;
- İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
- Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;
- Tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
- Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
- Rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq.
Tələblər
- Təhsil: Ali (İstənilən sahə üzrə);
- İş təcrübəsi: Sahə üzrə 1 il;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- Elektron informasiya sistemindən istifadə qaydaları;
- Dil bacarıqları: İngilis və ya rus;
- Kompüter bilikləri: MS Office.
İnsan resursları
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir