ATEF Şirkətlər Qrupu

Energetika mühəndisi

800 - 1200 ₼
Full-time
Baku, Azerbaijan
26.04.24 - 26.05.24

Working conditions

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;
  • Nahar müəssisə tərəfindən təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.

Requirements

  • Təhsil: Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr);
  • Təcrübə: Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili;
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
  • Kompüterdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması;
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi;
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
  • Normativ və texniki sənədlərlə işləmək bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.


Related vacancies