Baku,
Azerbaijan
09.07.24
-
08.08.24
Working conditions
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi, bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi;
- Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
- Konstruktiv hesabatların aparılması, inşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək;
- Metal konstruksiya, dəmir beton konstruksiya, taxta konstuksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
- Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
- Onların müxtəlif hesablama ilə dözümlülüyünü yoxlamaq;
- 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
- Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Requirements
- Təhsil: İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
- Təcrübə: Müvafiq sahəyə uyğun konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, Sap, 3DsMAX və s;
- Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
- Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
- Müəllif nəzarəti jurnalının formalarının tərtibi qaydalarını bilməli;
- Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir.
Engineering
Professional services
This job has expired