Facility Management Group

Elektrik mühəndisi

By agreement 93
Full-time
Baku, Azerbaijan
19.07.24 - 18.08.24

Working conditions

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
  • Tikinti sahəsində elektrik sistemlərin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
  • İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Requirements

  • Təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə sifarişçi təcrübəsinin olması (minimum 3 il);
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı;
  • Kompüter bacarıqları: ORACLE Aconex (başlanğıc səviyyə), MS Office, AutoCAD;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
  • Komanda üzrü olmaq və ixtisası üzrə həll yollarını təqdim etmək.


This job has expired

Related vacancies