SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Əməliyyat texnologiyası kiber təhlükəsizliyi üzrə mühəndis

By agreement 0
Full-time
Baku, Azerbaijan
12.08.24 - 11.09.24

Working conditions

  • Aktiv reyestrinin yaradılması və davamlı saxlanılması/yenilənməsi.Təhdidlər və zəifliklər üçün təhlükəsizlik sistemlərinin monitorinqi və təhlükəsizlik hadisələrinə vaxtında cavab verilməsi;
  • Kibertəhlükəsizlik proqramlarının, təhlükəsizlik siyasətlərinin və planlarının yaradılması və mövcud ƏT təhlükəsizlik proqramlarına rəhbərlik edilməsi. Təhlükəsizlik risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün müxtəlif funksiyalardan olan komandalarla əməkdaşlıq, müvafiq nəzarətlərin tövsiyə edilməsi və həyata keçirilməsi;
  • ƏT aktivləri üçün zavodun proses serverləri, şəbəkələr, açarlar, brandmauerlər, son nöqtə təhlükəsizlik həlləri, zavodun nəzarət-buraxılış sistemləri və ƏT mühitində digər əlaqəli texnologiyalar kimi texnoloji sistemlərdən ibarət ƏT aktivlərinin idarə edilməsi proseslərinin yaradılması və saxlanılması. Bütün fəaliyyətləri planlaşdırarkən və həyata keçirərkən təhlükəsizlik mülahizələrinin nəzərə alınmasını təmin etmək üçün təşkilatın inkişaf və infrastruktur qrupları ilə əməkdaşlıq edilməsi;
  • Risk qiymətləndirməsinin aparılması və zəifliklərin müəyyən edilməsi və təşkilatın ƏT aktivləri üçün risklərin idarə edilməsi/təsirlərinin azaldılması;
  • Təhlükəsizlik siyasətlərinin, planlarının və prosedurlarının nəzərdən keçirilməsi,şəbəkə monitorinqi imkanlarının qiymətləndirilməsi, təhlükəsizlik təhdidlərini müəyyən etmək üçün sistem qeydlərinin, təhlükəsizlik hadisələrinin və paketlərin tutulması hallarının təhlil edilməsi, tətbiq olunan kibertəhlükəsizlik çərçivələrinə uyğunluq üzrə təlimatın təmin edilməsi;
  • ƏT inventarında sistem düzəlişlərinin və yeniləmə komponentlərinin işləməsinin təmin edilməsi, bu proseslərin standartlar çərçivəsində planlaşdırılması və icra edilməsi.

Requirements

  • Təhsil: Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Təcrübə: Neft və qaz sektoru ilə əlaqəli kiber təhlükəsizlik sahəsində 1 ildən artıq təcrübə;
  • Dil bilikləri: İngilis dilində mükəmməl ünsiyyət bacarıqları;
  • Brandmauer, müdaxilə aşkaretmə sistemləri (MAS), şifrələmə və şəbəkə təhlükəsizlik protokolları kimi kiber təhlükəsizlik texnologiyaları sahəsində güclü biliklər;
  • Kibertəhlükəsizlik və ümumi ixtisası üzrə davamlı özünü inkişafa həvəsli və marağı olması;
  • EC-Council OT/SCADA, ISC2 sertifikatlar və ya digər ekvivalent sertifikatların olmağı üstünlükdür;
  • İstənilən Sənaye Nəzarət Sistemləri (ICS) təhlükəsizlik standartlarının sertifikatı və biliyi. Məs., IEC 62443/ISA 99, NIST SP 800-82, NERC CIP əlavə üstünlükdür.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/emeliyyat%20texnologiyasi%20kiber%20tehlukesizliyi%20uzre%20muhendis linkinə keçid edərək müraciət edə bilər.

This job has expired