Baku,
Azerbaijan
23.01.25
-
23.02.25
Working conditions
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Requirements
- Kabellərin təmiri və quraşdırılması üzrə elektrik kimi minimum 5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə təhsili (Elektrik);
- Kabelləri və kabel aparatlarının növləri, güc kabellərinin konstruksiyası və onların tətbiq olunma sahələrini bilməli;
- Kabellərin quraşdırma və döşənmə vaxtı əmələ gələn ən çox yayılmış zədə növləri, zədələnmənin səbəbləri, tapılması və aradan qaldırılması yollarını bilməli;
- Yüksək gərginlik kabelləri yerdə, kollektorlarda tunellərdə və körpülərdə döşənməsi, quraşdırılması, təmiri və sökülməsi qaydalarını bilməli;
- Yüksək gərginlikli və alçaq gərginlikli kabellər üçün kabel ucluqlarının hazırlanması elektrik alətləri ilə onların birləşdirmə qaydalarını bilməli;
- Yüksək gərginlikli və alçaq gərginlikli kabellər üçün birləşdirici və sonluq muftaların konstruksiyasını və tətbiq qaydalarını bilməli;
- İstahsalatda tətbiq olunan SS, GUST, GUSJ, RAYCHEM və s. markalı muftaların qoyulması texnologiyasını, muftaları qoyarkən materialların növünü və markasını bilməli;
- Lehimləyici alətlər, qızdırıcı sənaye fenləri ilə işləmə qaydalarını bilməli, hazırlanan mastikanın keyfiyyətli tətbiqini yerinə yetirməli;
- Təmirdən sonra kabellərin sınaqdan keçirilmə metodlarını bilməli;
- Görülən işləri elektrik təhlükəsizliyi, texniki təhüləkəsizlik qaydalarına uyğun olaraq keyfiyyətli şəkildə yerinə yetirməli;
- Görülən işlər barədə jurnalda qeydlər etməli;
- Peşə təhsili;
- MS Word / MS Excel;
Engineering
Oil and gas