Baku,
Azerbaijan
06.05.24
-
05.06.24
Working conditions
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar CİS üzrə innovativ planların tərtib edilməsində iştirak etmək;
- Müxtəlif miqyaslı xəritələrin tərtibi işlərində iştirak etmək;
- Müvafiq proqram təminatlarından (Microsoft Office, ArcGis, Micromine və sair) istifadə etməklə məlumat bazalarının yaradılmasının həyata keçirilməsində iştirak etmək;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinin coğrafi koordinatlarının müəyyən edilməsini və vaxtı-vaxtında məlumat bazasına daxil edilməsini həyata keçirtmək;
- Faydalı qazıntı yataqlarının ehtiyatlarının hesablanması üçün buruq qazmalarından və digər dağ-mədən işlərindən alınan emprik məlumatların məxsusi proqramlarda hesablanmasını hazırlamaq;
- Rəqəmsal xəritənin tərtib etdirilməsi üçün məkan məlumatların konvertasiyasını həyata keçirmək;
- Müxtəlif təyinatlı xəritələrin, planlar və sxemlər hazırlamaq;
- Geoloji və coğrafi məlumatları məlumat bazasına yığmaq, redaktə etmək;
- Skan olunmuş xəritələrdən, planlardan və kosmik təsvirlərdən məlumatları rəqəmsallaşdırmaq;
- Podratçıların fəaliyyət göstəricilərinin toplanılması və qrafik əks olunması;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinə dair situasiya planlarını, o cümlədən geoloji ayırma sənədlərin əldə edilməsi məqsədi ilə dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulan aidiyyəti sənədləri hazırlamaq;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinin sərhədlərinin müəyyən edilməsinə dair rəqəmsal işlərin yerinə yetirilməsində iştirak etmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
- Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.
Requirements
- Təhsil: Bakalavr təhsili - Coğrafi informasiya sistemləri, xəritəçəkmə, geodeziya, coğrafiya, geologiya;
- Təcrübə: Müvafiq sahədə minimum 3 il;
- Kompüter bacarıqları: MS Office proqramları, 3 ölçülü mədən proqram təminatları ilə işləmə bacarığı (Surpac, Micromine və s.), 2 ölçülü proqram təminatı ArcGİS ilə işləmə bacarığı Google Earth, Mapİnfo proqram təminatları yaxşı səviyyədə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə tələb olunur;
- Koordinat sistemləri, proyeksiya, datum, geod haqqında biliklərə malik olması;
- Kosmik təsvirlər barəsində və kosmik təsvirlərin deşifrələnmə prinsiplərini bilmək;
- Lidar texnalogiyaların tətbiqi prosessləri barəsində biliklərinə malik olmaq;
- Məkan məlumatların standarlarını (topologiya daxil olmaqla) bilmək;
- SQL sorğu proqramlaşdırma dilində sorğular yazmaq;
- Geoprosesing vasitəsi ilə modellər yaratmaq (Model builder);
- Məlumat bazaların yaradılmasını bacarmaq;
- CİS üzrə innovativ planları tərtib edilməsində iştirak etmək;
- CİS təhlillərini aparmaq
- 3D proqramlarında işləmək bacarığı (Micromine, Surpac, Datamine, Leapfrog və s.);
- Formaya doldurulmuş məlumatlar əsasında əsas fəaliyyət göstəriciləri lövhəsində bu məlumatların qrafik və ya digər formatda əks etdirilməsi;
- Mövcud olduqda kartoqrafik məhsulların istehsalı üçün istifadə olunan proqram təminatları üzrə sertifikatlar (ArcGİS Desktop&Extensions, ArcGIS Server, MapInfo Professional, AutoCAD Map 3D, SQL və s.);
- Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/daxil-ol linkinə keçid edərək müraciət edə bilər.
Engineering
Professional services