Crocus Construction

Baş mühasib

By agreement 153
Full-time
Baku, Azerbaijan
16.01.24 - 15.02.24

Working conditions

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, maliyyə hesabatlarının tərtib və təqdim edilməsi, mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görmək;
  •  Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
  • Nəqliyyat servizi və korporativ nömrə ilə təmin olunma;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze Resort&Residences.

Requirements

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi, maqistr dərəcəsi üstünlük hesab edilir);
  • Təcrübə: Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Kompüter bacarıqları: MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli;
  • Peşəkar Mühasib Sertifikatının, Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu; 
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Güclü analitik bacarıqlar;
  • Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.


This job has expired

Related vacancies