GM Construction

Baş mühasib

By agreement 122
Full-time
Baku, Azerbaijan
10.09.24 - 10.10.24

Working conditions

  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti; 
  • Şirkətində istifadə olunan 1C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • İş və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsind iştirak etmək;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
  • Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim etmək;
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
  • Bütün bank əməliyyatlarını həyata keçirmək və ödənişləri nəzarətdə saxlamaq;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və s.) hazırlamaq;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
  • Mühasibatlıq sənədlərinin düzgün hazırlanmasına nəzarət etmək;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
  • Direktor tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək;
  • Nahar yeməyi;
  • Korporativ nömrə;
  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence);
  • İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü.

Requirements

  • Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu və audit);
  • Analoji vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əcnəbi dil bilgisi üstünlükdür;
  • MS Office, 1C 8.3, BTP, EVHF, B1, B3 proqramlarında sərbəst işləməli;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunları, qanunvericilik aktları üzrə mükəmməl biliklər;
  • Peşəkar Mühasib Sertifikatına sahib olmalı;
  • Beynəlxalq dərəcəli sertifikatların (ACCA) olması üstünlükdür;
  • Geyim qaydalarına və əmək intizamına ciddi riayət etməli;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
  • Məsuliyyət və punktuallıq;
  • Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
  • Komandada işləmək bacarığı.


Related vacancies