AAC MMC

Mühasib

1000 - 1100 ₼ 270
Full-time
Baku, Azerbaijan
06.09.24 - 06.10.24

Working conditions

  • Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və ayın bağlanması;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin yoxlanılması, təsdiqə göndərilməsi və reysterinin aparılması;
  • Alınan malların anbara mədaxil edilməsinin yoxlanılması, görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi;
  • Tədarükçülərlə mütəmadi olaraq üzləşmələrin aparılması;
  • Xammal anbarına daxil olan xammalları tərəzi qəbzləri ilə yoxlamaq və proqram təminatına daxil etmək;
  • Mal-material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric sənədlərinin müntəzəm olaraq tələb edilməsi və düzgün tərtib olunmasına nəzarət etmək;
  • Hesabat ayı bitdikdən sonra 3 gün müddətində mal-material, hazır məhsul və yanacaq anbarı üzrə təsdiq edilmiş hesabatların verilməsini tələb etmək;
  • Kreditorlardan alışlar üzrə əməliyyatların proqram təminatına işlənilməsi;
  • Mal-materialların idxalı və hazır məhsulların ixracı üzrə əməliyyatların proqram təminatına işlənilməsi (əlavə xərclər daxil olmaqla);
  • Kassa ilə bağlı əməliyyatların (mədaxil, məxaric, sənədləşmə) icra edilməsi;
  • Ay bağlantısı ilə bağlı əməliyyatların icra edilməsinə dəstək olmaq;
  • Maliyyə departamaentinin direktoru və Baş mühasib tərəfindən verilən digər tapşırıqları icra etmək;
  • İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş rejimi - 5 günlük.

Requirements

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat uçotu);
  • Mühasib kimi 1 ildən çox iş təcrübəsi;
  • 22 – 30 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
  • Microsoft Office (xüsusilə Excel) yaxşı səviyyədə bilməli;
  • Vergi məcəlləsi və mühasibat uçotu ilə əlaqədar digər qanunlardan məlumatlı olmaq;
  • Dürüst, çalışqan, məsuliyyətli olmalı; 
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Yüksək analitik təhlil, iri həcmli məlumatları işləmək bacarığı olmalı;
  • Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları.


This job has expired

Related vacancies