Baku,
Azerbaijan
16.01.25
-
16.02.25
Working conditions
- Azərbaycan Respublikasının qanunvericiliyinə, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasının təmin edilməsi;
- Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatlarının (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, daşınmaz əmlakların icarəyə verilməsinin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət, Vergi, DSMF və Statistika hesabatların hazırlanmasının və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsinin təmin edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunun və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
- Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
- Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi;
- “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi;
- Əmək haqlarının, məzuniyyətlərin, ezamiyyələrin hesablanmasının və köçürülməsinin təmin edilməsi;
- 6 günlük iş həftəsi (bazar ertəsi-cümə günləri 09:00 – 17:00, şənbə günləri 09:00 – 15:00).
Requirements
- 3 il iş təcrübəsinin olması arzuolunandır;
- Ali təhsil (Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə);
- Azərbaycan dili mükəmməl, rus dili biliyi arzuolunandır;
- 1C və MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- İşində məsuliyyətli, operativ və dəqiq olmaq.
Accountant
Construction